Ramil Quliyev: "Dünyanı xilas etməyin yolu evdə qalmaqdır"

Ramil Quliyev: "Dünyanı xilas etməyin yolu evdə qalmaqdır"
Atletika, Digər
17 Aprel 2020 - 21:18
Supersport.Az-ın məlumatına görə, Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa, dünya çempionu, azərbaycanlı atlet Ramil Quliyev fikirlərini bölüşüb.
30 yaşlı idmançı "Anadolu" agentliyinə müsahibəsində koronavirus haqda da danışıb:
"Koronavirus idmana çox təsir etdi. İyunadək yarışlar keçirilməyəcək. Mayda yeni yeni tarixlərin açıqlanmasını gözləyirik. Ümid edirəm ki, yaxın zamanda koronavirus bitər və bazalardan yararlanmağa başlayarıq. Biz əlimizdən gələni edir, imkan daxilində məşqləri evdə gerçəkləşdiririk. Mümkün olduğu qədər formada qalmağa çalışırıq. Çünki heç məşq etməsək, formamızı tez itirərik, yenidən əvvəlki vəziyyətə qayıtmaq uzun çəkəcək. Hazırda ailəmə daha çox vaxt ayıra bilirəm. Boş vaxtlarımda PlayStation oynayır, kitab oxuyuram".
Çempion, karyerasında unuda bilməyəcəyi məqamı xatırlayıb:"Bu, təbii ki, dünya çempionatıdır. Böyük Britaniyanın paytaxtı Londondakı yarışı yaxşı nəticə ilə yekunlaşdırmaq gözəl duyğudur. O hiss artıq heç vaxt silinməcəyək. İnanıram ki, daha yaxşısını edə bilərəm. Olimpiadada yüksək nəticə qazanacağıma inamım böyükdür. Bütün idmançılar olimpiadada medal qazanmaq istəyir. Hədəfim idman karyeramda 3 medal qazanmaqdır. Avropa, dünya çempionatı və Olimpiya Oyunları. İkisini əldə edə bildim, ən çətini olimpiada qalıb".

Təcrübəli atlet Tokio Yay Olimpiya Oyunlarının təxirə salınmasına da münasibət bildirib:

"Olimpiya Oyunları üçün yaxşı hazırlaşırdıq, amma virusa görə təxirə salındı. Həyatımızda belə şeylər ola bilər. Daha çox vaxt qazandıq. Ən böyük hədəfimiz olan olimpiada olduğu üçün növbəti ilə qədər daha ciddi hazırlaşa bilərik. Bəlkə məşqçimiz hazırlıq prosesində dəyişikliklər etdi".

Ramil Quliyev "Evdə qal" aksiyasına qoşulub:

"Bu vaxtlar sadəcə özümüz üçün yox, hər kəs üçün önəmlidir. Hamını xilas etməyə çalışmalıyıq. Dünyanı xilas etmək üçün sadəcə evdə qalmalıyıq. Evdə qalsaq, bu pandemiya daha tez bitər".

Qeyd edək ki, Ramil Quliyev İngiltərədə dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.

 


Digər xəbərlər