"Avro-2020"nin təxirə salınması üstünlükdür" - "Xəstəlik hamını yerə yıxa bilər"

"Avro-2020"nin təxirə salınması üstünlükdür" - "Xəstəlik hamını yerə yıxa bilər"
Futbol
12 Aprel 2020 - 21:12
Supersport.Az-ın məlumatına görə, koronavirusun sürətlə yayılması səbəbindən UEFA-nın "Avro-2020"nin final mərhələsini bir il müddətinə təxirə salınmasına İtaliya yığmasının baş məşqçisi Roberto Mançini münasibət bildirib.

Mütəxəssis hesab edir ki, belə qərar komandasına üstünlük verəcək. O, yığmasının iddialı, çempion olmaq istəyində olduğunu söyləyib:

"Çempionatın bu il keçirilməməsi şok effekti verdi. Ancaq bizim üçün təxirə salmaq qərarı kiçik üstünlükdür. Çünki gənc komandayıq ki, 1 il müddətində daha yaxşı təcrübə qazanacağıq. Avropa çempionu ola bilərik. Komandamı favoritlər sırasında hesab edirəm".

55 yaşlı məşqçi koronavirusdan dərs almağın vacibliyini qeyd edib:

"Bu, bizə çox şeyi öyrətdi. Ən güclü, varlı, yaraşıqlı ola bilərsən. Ancaq xəstəlik görünməz düşmən kimi gələndə səni yerə yıxa bilər. Ümid edirəm ki, bundan sonra insanlar daha diqqətli olacaqlar və futboldan yenə həzz almaq günləri gələcək".

İtaliyalı çalışdırıcı "Mançester Siti", "Sampdoriya"yla çempionluğu unutmadığını vurğulayıb:

"İtaliyalı məşqçi olaraq xaricdə kubok qazanmaq mühümdür. Son oyunda son saniyədə geri dönüşlə çempionluq inanılmazdı. "Sampdoriya"da futbolçu olaraq çıxış edəndə heç bir şübhə olmadan birinci olduq. Hazırda çempion olmağı düşünmək belə mümkünsüzdür".

Qeyd edək ki, Mançini məşqçilik karyerasında "İnter"ə üç çempionluq, iki dəfə İtaliya kubokuyla, Superkuboku, "Fiorentina", "Latsio"ya ölkə kubokunu, "Qalatasaray"a Türkiyə Kubokunu, "Mançester Siti"yə çempionluğu, İngiltərə kuboku, superkubokunu qazandırıb.

Digər xəbərlər