Dünya Səhiyyə Təşkilatından tələb: "Çempionatı dayandırın!"

Dünya Səhiyyə Təşkilatından tələb: "Çempionatı dayandırın!"
Futbol
12 Aprel 2020 - 01:25
Supersport.Az-ın məlumatına görə, Dünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasının sürətlə yayılması səbəbindən bəzi ölkələrin futbol çempionatlarının davam etməsindən ciddi narahat olduğunu bəyan edib.

Dünya Sağlık Örgütü: Belarus'a tüm spor ve kültür etkinliklerinin iptalini tavsiye ediyoruz

Belarus prezidenti Aleksandr Lukaşenkonun dəvətinə əsasən, 5 gün əvvəl ölkənin vəziyyətilə tanış olan beynəlxalq qurumun nümayəndələri narazı qalıblar.

DST təmsilçisi Dr.Patrik O'Konnor açıqlamasında Belarusda hər gün pandemiyaya yoluxanların sayının artdığını, yarışın keçirilməsinin böyük səhv olduğunu bildirib:

"Təşkilatımızdakı məlumatlara əsasən, Belarusda hər gün koronavirusa yoluxanların sayı iki dəfə artır. Bu səbəblə bütün izolyasiya tədbirləri artırılmalı və idman kimi kütləvi yarışlar dayandırılmalıdır. Belarusda baş verənlər bütün dünyaya təsir edir".

Bir müddət əvvəl Belarusun səhiyyə naziri Vladimir Karanik çempionatları təxirə salmaq səlahiyyətndə olmadığını söyləyib. O, yoluxanlardan 301-nin tibb işçisi, xəstələrin ən çox Minsklə Vitebskdə olduğu haqda məlumat verib.

Belarusa 26 ildir rəhbərlik edən Lukaşenko ölkədə ölənlər olmasına rəğmən, fəlakət olmadığını vurğulayıb.

Qeyd edək ki, adıçəkilən dövlətdə 2226 insan virusa yoluxub, 23-ü vəfat edib.

Digər xəbərlər