"Heç bir turnir insan həyatından qiymətli deyil" - "Bu, FİFA-nın yox, futbolun puludur"

"Heç bir turnir insan həyatından qiymətli deyil" - "Bu, FİFA-nın yox, futbolun puludur"
Futbol
11 Aprel 2020 - 00:41
Supersport.Az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyası səbəbindən dayandırılan turnirlərlə bağlı fikirlərini bölüşüb.
"Hazırda bizim üçün vacib olan üç məsələ var: əvvəlcə sağlamlıq, daha sonra futbol ictimaiyyətinə kömək etmək və bu vəziyyətdən necə çıxacağımıza dair düşüncələrimiz.
Vahid qərarlar verilməli, hamıya uyğun olmalı və hər kəsin fikri dinlənilməlidir. Heç bir oyun, liqa, turnir insan həyatından daha dəyərli deyil. Dünyada hamı bunu başa düşməlidir. Vəziyyət tam düzəlməsə, liqaları davam etdirmək məsuliyyətsizlikdən daha artığı olardı. Hazırda gözləmək bizim üçün daha yaxşı fürsətdir. Bir az da gözləmək lazımdırsa, bunu etməliyik".


Beynəlxalq qurum prezidenti, milli federasiya və klublara yardım ediləcəyini bildirib:


"Yardım fondu sayəsində son 4 ildir birlikdə çalışmalarla maddi imkan artıb. Bu, FİFA-nın deyil, futbolun puludur. Bizə ehtiyac olarsa, kömək etmək məsuliyyətlərimiz sırasındadır.

Federasiyalara 2019, 2020-ci il üçün ödəmələrdə məlum şərtlər var. Bu kriteriyalara əməl olunmasını tələb edirik. Heç vaxt tək olmayacaqsınız və bütün dünya pulun necə xərclənəcəyini biləcək. Beynəlxalq oyun təqvimi ilə bağlı həm milli komandaların, həm də klubların xeyri üçün addımlar atılmalıdır. Futbolçuların transferləri və müqavilələrində diqqətli olmaq lazımdır. İnanıram ki, hər şey yaxşı olanda futbol insanları yenidən bir araya gətirməkdə mühüm rol oynayacaq. FİFA bu çətin günlərdə sizinlədir. İnanıram ki, birlikdə koronavirusa qalib gələcəyik".


Xatırladaq ki, koronavirus pandemiyasına görə dünyada idman yarışlarının əksəriyyəti dayandırılıb.

Digər xəbərlər