Supersport.Az-ın məlumatına görə, koronavirus bəlasının yayılması səbəbindən bir il müddətə təxirə salınan Tokio Olimpiadasının dəqiq tarixi məlum olacaq.
Beynəlxalq Olimpiya Komitəsinin yarışın 2021-ci il 23 iyul – 8 avqust aralığında keçirməyə qərar verəcəyi bildirilir. Olimpiadanın əvvəlcə bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, NBC telekanalı 2014-2032-ci il aralığında təşkil olunacaq Olimpiya Yay Oyunlarının yayım hüququnu 12 milyard dollara alıb.