Rüştü Reçberə koronavirus zərbəsi - "Barselona"dan dəstək - Foto

Rüştü Reçberə koronavirus zərbəsi - "Barselona"dan dəstək - Foto
Futbol, Foto
29 Mart 2020 - 01:10

Supersport.Az-ın məlumatına görə, türk futbolunun unudulmaz qolkiperlərindən olan Rüştü Reçber tibbi yoxlamadan keçirilib.


Veteran oyunçuda koronavirus aşkarlanıb. Rüştü dərhal xəstəxanaya aparılıb. Onun iki ailə üzvünün səhhətində isə heç bir problem olmadığı məlum olub.


Qeyd edək ki, 46 yaşlı Rüştü karyerasında "Fenerbahçe", "Barselona", "Beşiktaş" klubunun formasını geyib, Türkiyə yığmasının üzvü olub.


Digər xəbərlər