Ansi Aqolli: "Mən səni sevirəm, Qarabağ" - Foto
Futbol, Foto
15 Mart 2020 - 19:10
“Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli sosial şəbəkədəki paylaşımında keçmiş komandasına növbəti dəfə sadiqliyini nümayiş etdirib.
Supersport.Az xəbər verir ki, alban müdafiəçi Ağdam klubundan getməsinin 1 illiyi münasibətilə Azərbaycan dilində yazıb:
"Bir il əvvəl bu gün "Qarabağ"la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ".
Ansi bu mesajı hazırda karyerasını davam etdirdiyi ABŞ-dan yazsa da, paylaşım yeri kimi Ağdam şəhərini qeyd edib.
Xatırladaq ki, Aqollinin "Qarabağ"da son oyunu bir il əvvəl Premyer Liqada "Səbail"ə qarşı səfər matçında olub.