"Tokio-2020" təhlükədə - "Olimpiadalar 1-2 il təxirə salına bilər"

"Tokio-2020" təhlükədə - "Olimpiadalar 1-2 il təxirə salına bilər"
Futbol
11 Mart 2020 - 17:31
Supersport.Az-ın məlumatına görə, "Tokio-2020" yarışı təxirə düşə bilər. Buna səbəb koronavirusun sürətlə yayılmasıdır.

Olimpiadanın Təşkilat Komitəsi İcra üzvü Haruyuki Takahaşi bildirib ki, təhlükə artsa, yarış təxirə salınacaq.

"Olimpiadanın ləğv olunacağını düşünmürəm. Ən məntiqli seçim təxirə düşə bilər. Hesab edirəm ki, Beynəlxalq Olimpiya Komitəsi maddi məsələni nəzərə alaraq, ləğv qərarı verməyəcək. Azarkeşlərsiz oyunlar böyük zərbə olar. Ən pis halda, olimpiadalar 1-2 il təxirə salına bilər".

Oyunlar 24 iyuldan 9 avqusta kimi Tokioda keçirilməlidir.

 

Digər xəbərlər