Qurban Qurbanov irəli gedir

Qurban Qurbanov irəli gedir
Futbol
10 Mart 2020 - 00:54
Futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

Supersport.Az xəbər verir ki, siyahıda 1000 ən yaxşı futbol mütəxəssisinin adı yer alıb.

Siyahıda Azərbaycanı təmsil edən yeganə baş məşqçi "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovdur. 48 yaşlı mütəxəssis 1054 xalla 566-cı yerdə qərarlaşıb. O, ötən həftəki reytinqlə müqayisədə 7 pillə irəliləyib.

Siyahıya başçılığı "Liverpul"u çalışdıran almaniyalı məşqçi Yürgen Klopp (15846 xal) edir.

"Qarabağ" (1054 xal) bir pillə irəliləyərək 611-cidir. "Neftçi" isə 818 xalla 6 sıra yüksələrək 679-cudur.

Digər xəbərlər