Futbolumuzda qarşıdurma: polislərlə mühafizəçilər arasında

Futbolumuzda qarşıdurma: polislərlə mühafizəçilər arasında
Futbol, Eksklüziv
23 Fevral 2020 - 23:11
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 18-ci turunun "Qarabağ" - "Sumqayıt" oyununun fasiləsində xoşagəlməz hadisə baş verib.

Bildirilir ki, komandaların istirahətə yollanmasının ardından polislərdən biri Ağdam klubunun jurnalistlərə ayırdığı çay süfrəsi otağına getmək istəyib. "Qarabağ"ın mühafizəçiləri isə bunun doğru olmadığını, yalnız media nümayəndələri üçün nəzərdə tutulduğunu bildirib. Bundan sonra tərəflər arasında mübahisə olsa da, tezliklə problem həll olunub.

Digər xəbərlər