"Qarabağ"a keçməyən futbolçunu "Fənərbağça" kənarlaşdırdı

"Qarabağ"a keçməyən futbolçunu "Fənərbağça" kənarlaşdırdı
Futbol
05 Fevral 2020 - 01:19
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın heyətinə cəlb edə bilmədiyi Alper Potuku "Fənərbağça" komandadan kənarlaşdırıb. İstanbul klubu Türkiyə Futbol Federasiyasına göndərdiyi 27 nəfərlik siyahıda yarımmüdafiəçiyə yer verməyib.

"Sivasspor", "Çaykur Rizespor", "Ankaragücü", "Kasımpaşa"dan gələn təklifləri mənfi qarşılayan Alper Potukun "Fənərbağça"ya belə dediyi bildirilir:

"Atam İstanbulda xərçəng xəstəliyindən müalicə olunur. Onunla birgə olmalıyam. Atamın mənə ehtiyacı var. Buna görə İstanbuldan ayrılmaq istəmirəm. Əgər məni istəmirsiniz, müqaviləni ləğv edə bilərsiniz".

Türkiyə mətbuatı İstanbul klubuna gələrkən güzəştə gedən, atasının xəstəliyi dönəmində Alper Potuka qarşı vəfasızlıq edildiyini vurğulayıb.

Digər xəbərlər