Pep Qvardiola 45 dəqiqə otaqda qaldı: "Komandamı tənqid etmək istəmirəm"

Pep Qvardiola 45 dəqiqə otaqda qaldı: "Komandamı tənqid etmək istəmirəm"
Futbol
03 Fevral 2020 - 01:19
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 25-ci turunda "Tottenhem"ə iki qolla uduzan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola məğlubiyyəti şərh edib.

"Yaxşı oynadıq, ancaq uduzduq. Rəqib iki kəsərli hücum etdi, fərqləndi. Komandamın səviyyəsi haqda çox danışmayacağam. Bəzən belə günlər olur, bunu qəbul etməliyik" deyən mütəxəssis, komandasını tənqid etmək istəməyib:"Futbolçularım həqiqətən yaxşı oynadı, qol vəziyyətləri oldu, oyunçularımı tənqid etmək istəmirəm".

İngiltərə mətbuatı uğursuzluğun ardından ispan məşqçinin 45 dəqiqə paltardəyişmə otağında qaldığı xəbərini yayıb.

Digər xəbərlər