"Traktor" İran futbol qurumunu günahlandırdı - Tehranda qan töküldü - Foto-Video

"Traktor" İran futbol qurumunu günahlandırdı - Tehranda qan töküldü - Foto-Video
Futbol, Video, Foto
27 Yanvar 2020 - 01:44
İranın futbol çempionatının 17-ci turu qalmaqalla yadda qalıb. 

Supersport.Az oyundan bəzi məqamlardan videogörüntü, şəkillər təqdim edir.  




Cənubi Azərbaycanı təmsil edən "Traktor" Tehranda "Persepolis"lə oyunda 0:2 hesabıyla uduzub. Traktor klubu sosial şəbəkədə İran Futbol Federasiyasını, hakimləri günahlandırıb. Cənubi Azərbaycan komandası "İran Futbol Federasiyası - "Traktor" 2-0" başlıqlı xəbərdə ölkənin ali futbol qurumunu ittiham edib. "Traktor" rəhbərliyi, məşqçiləri oyundan sonra referilərin ünvanına sərt tənqidlər söyləyərək, məğlubiyyətə görə onları əsas günahkar hesab ediblər.  

Cənubi Azərbaycan klubunun tərəfdarları Türkiyəyə zəlzələylə bağlı başsağlığı veriblər, Azərbaycana da dəstək nümayiş etdiriblər.  

"Persepolis" fanatlarının "Traktor"azarkeşlərinə daş atması diqqətdən yayınmayıb. Təbriz klubunun 25 min tərəfdarı Tehranın "Azadi" stadionunda komandalarını qələbəyə səsləyib. Azarkeşlərin davası nəticəsində 8-i xəsarət alıb, qan tökülüb. Bəziləri xəstəxanaya aparılıb.   

Qeyd edək ki, "Traktor" 17 turdan sonra turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb. "Persepolis" 37 xalla 1-ci, "Sepahan" 32 xalla 2-cidir.

Digər xəbərlər