"Qarabağ"ın məğlubiyyəti - Musa qol vurdu, yeni transfer meydana çıxdı

"Qarabağ"ın məğlubiyyəti - Musa qol vurdu, yeni transfer meydana çıxdı
Futbol
25 Yanvar 2020 - 14:53
Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" növbəti yoxlama oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, Qurban Qurbanovun kollektivi  Çexiyanın "Siqma" komandası ilə qarşılaşıb. "Köhlən atlar" matçda məğlub olub- 1:3.
"Qarabağ" bu gün 2-ci yoxlama görüşünü də keçirəcək. Ağdam təmsilçisi sabiq futbolçusu Jakub Jezniçakın hazırkı klubu olan  Polşanın "Visla" komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 18:30-da başlayacaq.

24 yanvar

"Qarabağ" - "Siqma" 1:3

Qollar: Martin Hala, 23 (0:1), Musa  Qurbanlı, 59 (1:1), Moymir Sitil, 61 (1:2), David Zima, 89 (1:3)

"Qarabağ": 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, (Ovusu Kvabena, 61), 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov,  99. Maqaye Qeye

Digər xəbərlər