Riçard Almeyda ilk oyunda zədələndi

Riçard Almeyda ilk oyunda zədələndi
Futbol
24 Yanvar 2020 - 19:22
Millimizin üzvü Riçard Almeyda yeni klubu "Baniyas"da ilk oyunundaca zədələnib.

Supersport.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri çempionatının 13-cü turunda "Əl-Nəsr"lə görüşün (1:0) start heyətində meydana çıxan braziliyalı yarımmüdafiəçi oyunu sona qədər davam etdirə bilməyib.
 "Qarabağ"ın sabiq futbolçusunun ayağında ağrı olduğundan alman baş məşqçi Vinfred Şefer 79-cu dəqiqədə onu məcburən əvəzləyib. Hələlik futbolçunun son durumu ilə bağlı məlumat verilməyib.

Digər xəbərlər