"Mənim üçün "Qarabağ" kimi klubda oynamaq arzu idi"

"Mənim üçün "Qarabağ" kimi klubda oynamaq arzu idi"
Futbol
24 Yanvar 2020 - 17:34
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın 3.5 illik müqavilə imzaladığı 22 yaşlı hücumçu Ovusu Kvabena klubun saytına açıqlama verib.

"Qarabağ"a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm. "Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi və təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır. Öz şəxsi hədəfim haqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm, öz oyunumla özümü onlara sevdirəcəm".

Digər xəbərlər