Riçard Almeyda zəif klubu seçdi

Riçard Almeyda zəif klubu seçdi
Futbol
22 Yanvar 2020 - 11:54
"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu açıqlanıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. Klub sosial şəbəkə hesabında yarımmüdafiəçinin transferini açıqlayıb. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.

Digər xəbərlər