AFFA iki futbolçunu millidən qovdu

AFFA iki futbolçunu millidən qovdu
Futbol
20 Yanvar 2020 - 19:11
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki oyunçusu yığmadan qovulub.

AFFA bu haqda xəbər yayıb. Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

 

Digər xəbərlər