"Qarabağ"dan "Milan"a

"Qarabağ"dan "Milan"a
Futbol
12 Yanvar 2020 - 19:00
"Qarabağ"ın sabiq qapıçısı, müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus Asmir Beqoviç "Milan"a keçməyə yaxındır.

Supersport.Az xəbər verir ki, italiyalı jurnalist Canluki di Marstio özünün Tvitter səhifəsində yazıb ki, bosniyalı qapıçı tibbi baxış üçün Milana gedib. Tibbi baxışdan uğurla keçəcəyi halda onunla müqavilə imzalanacaq.

Artıq İtaliyanın bir neçə xəbər saytı da Beqoviçin Milanda olduğunu yazıb.

Qeyd edək ki, "Milan"ın hazırkı qapıçısı Pepe Reynanın “Aston Villa"ya keçəcəyi gözlənilir.

Digər xəbərlər