Qurban Qurbanovun oğluna Avropadan təklif

Qurban Qurbanovun oğluna Avropadan təklif
Futbol, Eksklüziv
03 Yanvar 2020 - 21:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Zaqreb "Dinamo"sunun maraq dairəsinə düşüb.

Xorvatiya klubunun 17 yaşlı forvarda 4 il müqavilə təklif etdiyi bildirilir. Gənc futbolçunun yayda keçidi gözlənilir.

"Keşlə"ylə kubokun cavab oyununda "Qarabağ"da debüt edən, effektli ötürmə verən Musa Qurbanlı Ağdam klubunun əvəzedici heyətində, U-19 yığmasında qollarıyla diqqət çəkib. Hücumçunun qiyməti 75 min avrodur.

 

Digər xəbərlər