Həbib Nurmuhammədov Azərbaycanda ev almaq istəyir

Həbib Nurmuhammədov Azərbaycanda ev almaq istəyir
Digər
02 Yanvar 2020 - 15:12
Supersport.Az-ın məlumatına görə, UFC çempionu Həbib Nurmuhammədovun atası, məşqçisi Abdulmanap Rusiya mətbuatına fikirlərini bildirib. 

Mütəxəssis çox çətin olsa da, övladının məğlubedilməz qalmasına sevindiyini deyib

"Çox istərdim ki, Həbibin Konorla yenidən döyüşü olsun. Bu qarşılaşmada da qələbəylə bizə nifrət edənləri, düşmən münasibəti göstərənləri susdursun. Bizi qazanc maraqlandırmır.  Mən düşünmürəm ki, Dağıstanda nüfuzlu insanlarıq. İdmanda diqqət mərkəzindəyik. Müsbət işlər görməyə çalışırıq. Ancaq bu o demək deyil nüfuzluyuq. Çalışırıq ki, gənclər yaxşı nümunə götürsün".

O, deyib ki, Amerikada ev almaq niyyətləri yoxdur:

"Amerikada yaşamaq fikrində deyilik. Türkiyə, Azərbaycan, Abu-Dabi, Özbəkistan, Qazaxıstanda ev almaq istərdik. Niyə də yox? Amerikada isə yaşamaq planda yoxdur. Azərbaycanda ev alsaq daha yaxşıdır, cəmi 400 kilometr məsafə var. Türkiyə də yaxındır. Dubaya 2 saatlıq uçuşdur, dəniz kənarında olursan. 

 

Digər xəbərlər