Eksklüziv - İlham Yadullayev: "Futbolumuzdan "viruslar" təmizlənməlidir" - Video

Eksklüziv - İlham Yadullayev: "Futbolumuzdan "viruslar" təmizlənməlidir" - Video
Futbol, Eksklüziv, Video
30 Dekabr 2019 - 21:37
Supersport.Az-a açıqlamasında birinci divizionda üçüncü pillədə qərarlaşan "Turan Tovuz"un baş məşqçisi İlham Yadullayev sərt danışıb.

44 yaşlı məşqçi, AFFA tərəfindən çalışdırdığı komandasının 7 oyunçusunu danışılmış oyunların iştirakçısı olması səbəbindən futboldan qovmasını müsbət qarşılayıb.

Tovuz klubunun baş məşqçisi hesab edir ki, "viruslar" futbolumuzdan tam təmizlənməlidir:


"Danışılmış oyunlarla bağlı qərarı biləndə şoka düşdüm, mənə çox pis təsir etdi. Zaman keçdikcə doğru addım atıldığını gördüm. Futbolumuzdan "viruslar" tam təmizlənməlidir. Onlar heç vaxt bu sahəyə fayda verməyəcəklər. Ümumiyyətlə, idmanda belə şeylər olmamalıdır. Cəzalanan futbolçuların günahı varsa, düzgün qərar verilib. Bunun ardı gəlsin, "viruslar" futbolumuzdan tamamilə təmizlənsin. Yeni oyunçular axtarırıq. Düşünürəm ki, möhkəm komanda quracağıq. AFFA-nın qərarının mənfi təsiri olmaz. Düşünürəm ki, əksinə, müsbət nəticəsi olacaq. Hətta digər gənc futbolçular biləcək ki, belə işlərin arxasınca gedənlərin sonu yoxdur. Bu halda heç nə əldə olunmur, ad ləkələnir. Başlarını aşağı salıb məşq edib, yaxşı nəticə əldə qazansınlar". 

Milli komandanın keçmiş futbolçusu, yığmanın çıxışına da münasibət bildirib:

"Milli komandanın nəticəsi çox məyusedicidir. Buna görə danışmaq istəmirəm. Hər bir məşqçi, futbolçuya uğurlar arzulayıram. Milli komanda bizim fəxrimizdir. Hamımız  ölkəmizin bir nömrəli kollektivi üçün çalışırıq. Gələcəkdə çox yaxşı nəticələr gözləyirik. İnanırıq ki, bu, olacaq".   

 

Digər xəbərlər