"Qarabağ"ın rəqibləri məlum oldu

Futbol
24 Dekabr 2019 - 17:33
"Qarabağ"ın qış təlim-məşq toplanış planı müəyyənləşib.
Supersport.Az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Ağdam komandası yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək. Futbolçular gələn ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.
Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. Rəqiblər də artıq məlumdu. Ölkə çempionu yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.
Yanvarın 26-da "Qarabağ" Bakıya dönərək fevralın 2-də baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.