Robert Prosineçki AFFA-dan daha çox məbləğ istədi

Robert Prosineçki AFFA-dan daha çox məbləğ istədi
Futbol
23 Dekabr 2019 - 09:56
Supersport.Az-a AFFA-nın milli komandaya yenidən baş məşqçi vəzifəsinə gətirmək istədiyi Robert Prosineçkinin istədiyi məbləğ məlum olub.

Qurum adından "Sumqayıt"ın prezidenti Riad Rəfiyev xorvat mütəxəssislə danışıqlar aparıb. Məlumatlı mənbə deyib ki, xorvat mütəxəssis futbol qurumundan illik 1 milyon 500 min avro tələb edib. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Xorvat mütəxəssis ölkəmizdə çalışdığı dövrdə illik gəliri köməkçiləri ilə birgə 1 milyon 200 min avro olub.


Sonuncu dəfə Bosniya və Herseqovina yığmasında fəaliyyət göstərən 50 yaşlı Robert Prosineçkinin aylıq qazancı 15 min, illik gəliri 180 min təşkil edib. Bosniyalıları 2020-ci il Avropa çempionatına daşısaydı xorvat mütəxəssis, 300-400 min avro mükafata sahib çıxacaqdı.

 


 

Digər xəbərlər