Qurban Qurbanov ən yaxşı məşqçi seçildi: 10-cu dəfə

Qurban Qurbanov ən yaxşı məşqçi seçildi: 10-cu dəfə
Futbol
13 Dekabr 2019 - 23:30
Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib. 

Supersport.Az saytı xəbər verir ki, komanda.az-ın KİV arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 63 mətbu orqanından 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. Maraqlıdır ki, “Neftçi”nin italiyalı baş məşqçisi Robertə Bordinə sorğuda səs verən olmayıb.

“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Köhlən atlar” cari mövsümdə də 31 xalla Azərbaycan Premyer Liqasının vahid lideridir.

Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi sabah, dekabrın 14-də keçiriləcək.

Kim kimə səs verib?

Qurban Qurbanov – 58
Ayxan Abbasov – 6
Sənan Qurbanov – 2
Aftandil Hacıyev – 1
Roberto Bordin – 0

İdman qəzetləri

  1. Mahir Rüstəmli (“Futbol+”) – Qurban Qurbanov

  2. Qabil Mehdiyev (“İdman”) – Qurban Qurbanov


İdman saytları

  1. Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov

  2. Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov

  3. Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov

  4. Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov

  5. Amal Abuşov (“Sport7.az”) – Qurban Qurbanov

  6. Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov

  7. Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov

  8. Pərvin Kazımoğlu (“Fanat.az”) – Qurban Qurbanov

  9. Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov

  10. PFL.az – Qurban Qurbanov

  11. Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov

  12. Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov

  13. Fərəc Aslanov (“Olimpsport.az”) – Qurban Qurbanov

  14. Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov

  15. Seymur Teymurov (“Offsideplus.az”) – Ayxan Abbasov

  16. İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov

  17. Xanoğlan İmanov (“Stadium.az”) – Qurban Qurbanov

  18. Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov

  19. Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov

  20. Çingiz Abbasov (“Futbol11.az”) – Qurban Qurbanov

  21. Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov

  22. Ceyhun Əzizli (“Aut.az”) – Qurban Qurbanov

  23. Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov

  24. Vüqar Zeynalov (“Azerisport.com”) – Qurban Qurbanov

  25. İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov

  26. İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Aftandil Hacıyev

  27. Şahin Oğuz (“Sportal.az”) – Qurban Qurbanov

  28. İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov

  29. Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov

  30. Ürfan Məmmədli (“Cempion.az”) – Qurban Qurbanov

  31. Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov


Komanda.az

  1. Rəşad Ergün – Qurban Qurbanov

  2. Aygül Qarayeva – Qurban Qurbanov

  3. Şahin Cəfərov – Ayxan Abbasov

  4. Pərviz Eltürk – Qurban Qurbanov

  5. Vüqar Məmmədov – Qurban Qurbanov


Televiziya

  1. Gündüz Abbaszadə (“CBC Sport”) – Qurban Qurbanov

  2. Mehman Rəsulov (“Real” TV) – Qurban Qurbanov

  3. Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov

  4. Ceyhun Rzayev (“Xəzər” TV) – Qurban Qurbanov

  5. Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov

  6. Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov

  7. Tərlan Şahinoğlu (“İdman” TV) – Qurban Qurbanov

  8. Rövşən Əhlimanoğlu (“Lider” TV) – Qurban Qurbanov


İctimai-siyasi mətbuat

  1. İlham Quliyev (“Kaspi” qəzeti) – Qurban Qurbanov

  2. Səbuhi Musayev (“Oxu.az”) – Qurban Qurbanov

  3. Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov

  4. Vəsilə Yusuflu (“Bakupost.az”) – Sənan Qurbanov

  5. İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov

  6. Səxavət Məmməd (“Yenicag.az”) – Qurban Qurbanov

  7. Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov

  8. Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov

  9. Aygün İlqarqızı (“Unikal.org”) – Qurban Qurbanov

  10. Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Qurban Qurbanov

  11. Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Ayxan Abbasov

  12. Elmir Əliyev (“Haqqin.az”) – Qurban Qurbanov

  13. Zahir Əzəmət (“Qaynarinfo.az”) – Qurban Qurbanov

  14. Həbib Müntəzir (“Meydan TV”) – Ayxan Abbasov

  15. Aqil Lətifov (“Publika.az”) – Ayxan Abbasov

  16. Şamo Quliyev (“Report.az”) – Qurban Qurbanov

  17. Zahid Nurəliyev (“Teleqraf.com”) – Qurban Qurbanov

  18. Aytən Məmmədova (“Azadliq.info”) – Qurban Qurbanov

  19. Hacıbəy Heydərli (“Azxeber.com”) – Ayxan Abbasov

  20. İlkin Baba (“Azərbaycan radiosu”) – Sənan Qurbanov

  21. Ramin Deko (“Azadlıq radiosu”) – Qurban Qurbanov

Digər xəbərlər