İqor Ponomaryov: "Niyə heç kim soruşmur ki, nə baş verir?"

İqor Ponomaryov: "Niyə heç kim soruşmur ki, nə baş verir?"
Futbol
05 Dekabr 2019 - 18:32
Azərbaycanlı keçmiş futbolçu İqor Ponomaryov futbolumuzu tənqid edib.

"Yığmanın qrupu cəmi 1 xalla başa vurması ölkə futbolu adına böyük minusdur. 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib. Niyə yaxşı futbolçular yetişmir? Niyə heç kim soruşmur ki, nə baş verir? Niyə? Çünki biz nə edirik? Gündə bir akademiya açırıq. "Mançester Yunayted" məktəbi, o biri, bu biri. Hə, nə olsun? Hanı o akademiyalardan çıxan uşaqlar? Bu gün çempionatımızın səviyyəsi hansı vəziyyətdədir? Bu məqam təmsilçilərimizin avrokubok matçlarında özünü açıq-aşkar göstərir. Ölkənin imkansız vaxtlarında çempionatda 16, 18 komanda iştirak edirdi. İndi şərait yaxşılaşıb, ölkənin vəziyyəti düzəlib, elitada cəmi 8 komanda çıxış edir. Yatıb-durursan, yenə "Qarabağ", "Səbail", "Neftçi" ilə oynamalısan" ("Futbol+" qəzeti).

Digər xəbərlər