"Sumqayıt", "Zirə", "Sabah" 1/4 finalda

"Sumqayıt", "Zirə", "Sabah" 1/4 finalda
Futbol
04 Dekabr 2019 - 12:11
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi yekunlaşıb.

Supersport.Az xəbər verir ki, son oyun günündə üç matç keçirilib.

Hər üç görüşdə Premyer Liqa və birinci divizion təmsilçiləri üz-üzə gəlib.

1/8 finalın ilk oyun günündə “Keşlə” öz meydanında divizion təmsilçisi “Kəpəz”ə 3:1 hesabıyla qalib gələrək 1/4 finalda "Qarabağ"a rəqib olub.

"Sabah" isə "Ağsu" üzərində 5:0 hesabı ilə qələbə qazanıb. "Sabah"ın 1/4 finalda rəqibi "Qəbələ" olub.

"Zaqatala"nı 2:0 hesabı ilə məğlub edən "Sumqayıt" isə 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq.

Azərbaycan Kuboku. 1/8 final

4 dekabr

“Sumqayıt” – “Zaqatala” 2:0

Qollar: Rəhim Sadıxov, 19-pen, Əmir Ağayev, 70

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov.

“Sabah” – “Ağsu” 5:0

Qollar: Ulisse Diallo, 29-pen. Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabəyov, 70, Rocer Roxas, 82, 90+3.

Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev.

“Zirə” – “Qaradağ Lökbatan” 4:0

Qollar: Elvin Məmmədov, 45-pen. Müşfiq İlyasov, 55, Xulio Sezar Rodriqes, 69, İbrahim Aslanlı, 78.

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov.

3 dekabr

“Keşlə” – “Kəpəz” - 3:1

Digər xəbərlər