"Neftçi" ikinci pilləyə yüksələ bilmədi
Futbol
01 Dekabr 2019 - 17:00
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turu davam edir.
Supersport.Az xəbər verir ki, bu gün turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Neftçi" "Səbail"lə üz-üzə gəlib.
İlk dövrədə bu rəqibini 2:1 hesabıyla məğlub edən "ağ-qaralar" bu oyunda da qalib gəlməklə yenidən ikinci pilləyə qalxmağa çalışıb. "Səbail" isə uğursuz gedişata son qoymaq üçün meydana çıxıb. Gərgin və maraqlı keçən oyun qolsuz başa çatıb.
İlk oyun günündə "Keşlə" "Sumqayıt"a 2:1, "Qəbələ" "Zİrə"yə 3:0 qalib gəlib.
Tura sabah keçiriləcək "Sabah" – "Qarabağ" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIII tur
1 dekabr
"Səbail" – "Neftçi" 0-0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
"ASCO Arena", 15:00.
Bombardirlər:
Lorenzo Frutos ("Keşlə") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Peyman Babayi ("Sumqayıt") - 5 qol
Stiven Monroz ("Neftçi") - 5 qol
Davit Volkov ("Qəbələ") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol