Hazard və Varan oynamayacaq

Hazard və Varan oynamayacaq
Futbol
30 Noyabr 2019 - 00:01
"Real"ın futbolçuları Eden Hazard və Rafael Varan La Liqasının 15-ci turunda "Alaves"lə matçı buraxacaqlar.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb onların zədəli olmasıdır. Sözügedən oyunçuların adı matç üçün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Real" - "Alaves" görüşü sabah keçiriləcək.

Digər xəbərlər