Millimizdən geri addım

Millimizdən geri addım
Futbol
28 Noyabr 2019 - 13:42
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Supersport.Az qurumun saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi üç pillə geriləyib. Komandamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1765 xala Belçika başçılıq edir. Fransa (1733) 2-ci, Braziliya  (1712) 3-cüdür.

Digər xəbərlər