“Qalatasaray”da 8 itki

“Qalatasaray”da 8 itki
Futbol
26 Noyabr 2019 - 11:16

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının növbəti turunda “Brügge”ylə üzləşəcək “Qalatasaray” ciddi problemlə qarşılaşıb.


Türkiyə çempionunun UEFA-ya göndərdiyi 20 futbolçunun 8-nin çətinliyi var.


“Qalatasaray”da Radamel Falkao, Florin Andone, Rayan Babel, Şener Özbayraklı, Kristian Luyindama, Emre Akbaba zədəlidir. Nzonzi və Yunus Akgün cəza səbəbindən mühüm oyunu buraxacaq.


Baş məşqçi Fatih Terim siyahıya Ahmet Çalık, Emre Taşdemir, Martin Linnes, Taylan Antalyalı, Cimmi Durmazı heyətə daxil etməyib.


“Qalatasaray”ın “Brügge”yə qarşı heyəti: Muslera, Okan, Mariano, Markao, Naqatomo, Seri, Lemina, Ömer, Selçuk, Feqouli, Donk, Belhanda, Emre Mor, Adem.

Digər xəbərlər