Joze Mourinyo dünyanın qazanclı məşqçisi oldu

Joze Mourinyo dünyanın qazanclı məşqçisi oldu
Futbol
21 Noyabr 2019 - 15:28
11 aydır işsiz qalan Joze Mourinyo "Tottenhem"in baş məşqçisi təyin olunub.

Portuqaliyalı mütəxəssislə 3.5 il müddətinə müqavilə imzalanıb.

Supersport.Az-ın məlumatına görə, İngiltərə klubu yeni baş məşqçiyə illik 15 milyon funt-sterlinq ödəyəcək.

"Mançester Siti"də ildə 20 milyon qazanan Pep Qvardioladan sonra Joze Mourinyo dünyanın ən çox qazanan ikinci çalışdırıcısı olub.

Premyer Liqada son 5 oyunda qələbəyə həsrət "Tottenhem" 12 turda 14 xalla 14-cüdür.

 

Digər xəbərlər