Türk futbolçudan qorxaqlara cavab

Türk futbolçudan qorxaqlara cavab
Futbol
20 Noyabr 2019 - 17:06
Supersport.Az-ın məlumatına görə, Türkiyə milli komandasının aparıcı futbolçusu Hakan Çalhanoğlu, Almaniya mətbuatına "Əsgər Salamı"na qarşı çıxanlara cavab verib.

"Salamı salamat qayıtmaq üçün əsgərlərimizə göndərdik. Siyasi bir anlamı yoxdur, təxribat da deyil. Avropada türk futbolçuların pislənilməsi böyük rüsvayçılıqdır. Biz sülhpərvərik" - deyə, "Milan"ın üzvü bildirib.

Suriyada terrorçuları məhv edən zaman Türkiyə yığmasının üzvləri "Avro-2020"nin seçmə mərhələsi oyunlarında qol sevinclərini "Əsgər Salamı" verməklə bölüşən zaman Almaniya, Fransa olmaqla bir sıra Avropa ölkələri etiraz etmişdi. UEFA isə araşdırmaya qərar vermişdi. Buna baxmayaraq, türk idmançılar istər ölkədaxili, istərsə də, beynəlxalq yarışlarda "Əsgər Salamı" verməyə davam ediblər. 

Digər xəbərlər