Futbolçunun ayağını qırdı: göz yaşlarını saxlaya bilmədi - Video

Futbol
04 Noyabr 2019 - 11:08
"Everton"un futbolçusu Andre Qomeşin ayağı qırılıb.
Supersport.Az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə oyunda (1:1) baş verib.
Supersport.Az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə oyunda (1:1) baş verib.
Matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı onun ayağı qırılıb. Hakim cənubi koreyalı futbolçunu qırmızı vərəqə ilə meydandan qovub. O, rəqibinin ayağını qırdığı üçün göz yaşlarını saxlaya bilməyib.