Fəhmin Muradbəyli üçün əlamətdan oyun

Fəhmin Muradbəyli üçün əlamətdan oyun
Futbol
29 Oktyabr 2019 - 13:14
Azərbaycan Premyer Liqasının IX turu “Səbail”in futbolçusu Fəhmin Muradbəyli üçün yubileylə əlamətdar olub.

Supersport.Az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşmasında 100-cü matçına çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə “Neftçi”də debüt edən Fəhmin bu komandada 55, “Səbail”də 45 oyunun iştirakçısı olub. Hesabında 10 top olan 23 yaşlı yarımmüdafiəçi indiki klubunda 6, “ağ-qaralar”ın heyətində 4 qola imza atıb.

Digər xəbərlər