Aftandil Hacıyev: "Maykl Esyen 30 dəqiqə oynaya bilər" - Video

Aftandil Hacıyev: "Maykl Esyen 30 dəqiqə oynaya bilər" - Video
Futbol, Video
29 Oktyabr 2019 - 00:39
Supersport.Az Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Qarabağ"a məğlub olan "Səbail"in baş məşqçisi Aftandil Hacıyevin fikirlərini videogörüntüyə alıb.


38 yaşlı çalışdırıcı bildirib ki, meydana qələbə üçün çıxmışdılar: "Bir xal bizim üçün yaxşı olardı. Çalışdıq, əziyyət çəkdik. "Qarabağ"ı tək biz yox, digər komandalar da məğlub edə bilmir. Bu, rəqibin səviyyəsindən xəbər verir".

O, Esyenin 30 dəqiqə oynamaq gücündə oduğunu söyləyib:

"Mirabdulla Abbasovu taktiki gedişə görə start heyətdə meydana buraxmadıq. "Qarabağ"ın hücumlarının qarşısında tab gətirmək Maykl Esyen üçün də çətin idi".

Digər xəbərlər