Kriştiano Ronaldonun boşa verdiyi 28 zərbə

Kriştiano Ronaldonun boşa verdiyi 28 zərbə
Futbol
26 Oktyabr 2019 - 20:20
Image: PA



Supersport.Az-ın məlumatına görə, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo bu mövsüm zəif təsir bağışlayır.  Məsələ burasındadır ki, portuqaliyalı futbolçu 28 sərbəst zərbəni boşa verib. Ulduz oyunçunun 19 dəfə vurduğu top canlı səddə dəyib, 7 dəfə qolkiperlər inamlı oynayıb, 2 dəfə isə top qapıdan kənar keçib. Buna baxmayaraq, forvard vuruşları davam etdirir.

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri bildirib ki, Ronaldoyla bosniyalı Miralem Pyaniç sərbəst zərbələri vurmaq məsələsini aralarında həll etməlidirlər.

Digər xəbərlər