"Yuventus"dan 380 milyonluq təklif

"Yuventus"dan 380 milyonluq təklif
Futbol
26 Oktyabr 2019 - 17:19
"Yuventus" PSJ-nin əsas silahlarından olan Kilian Mbappeni heyətinı cəlb etmək istəyindədir.

Supersport.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, Turin klubu forvard üçün 380 milyon avro verməyə hazırdır. Bu məbləğdə transfer xərci, futbolçunun qazancı və 5 il müqavilə nəzərdə tutulur.

Mbappe 2018-ci ilin yayında "Monako"dan PSJ-yə keçib. Transfer xərci 135 milyon, üstəgəl 45 milyon avro futbolçunun qazancı olub.

Hazırkı mövsüm 20 yaşlı futbolçu Fransa çempionatlnda 5 görüşdə iştirak edib, 3 oyunda startda olub, 2 qol vurub, 3 effektli ötürmə verib. Mbappenin müaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Digər xəbərlər