UEFA "Qarabağ"ın iki futbolçusunu seçdi

UEFA "Qarabağ"ın iki futbolçusunu seçdi
Futbol
25 Oktyabr 2019 - 19:00

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandasını açıqlayıb.


Supersport.Az xəbər verir ki, "Qarabağ"ın iki futbolçusu - ispan yarımmüdafiəçi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silva ən yaxşı oyunçular arasında yer alıb. Hər iki futbolçu ötən gecə Bakıda "Apoel"lə keçirilən görüşdə (2:2) qol vurub.


Xatırladaq ki, Kintana Avroliqanın 2-ci turunda da rəzmi 11-likdə yer almışdı.

Digər xəbərlər