"Qarabağ" - "Apoel" matçında qalib olmadı

"Qarabağ" - "Apoel" matçında qalib olmadı
Futbol
24 Oktyabr 2019 - 22:45
Avropa Liqasının bu gün qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Supersport.Az saytının məlumatına görə, "Qarabağ" Bakıda Kiprin “Apoel” klubunu qəbul edib.

Qarşılaşma təmsilçimiz üçün böyük əhəmiyət daşıyırdı. Çünki qrupda ardıcıl ikinci qələbəsini qazanacağı təqdirdə “Qarabağ” 1/16 finala adlamaq şansını artıracaqdı.

Digər tərəfdən də “Apoel”lə görüş Qurban Qurbanovun komandası üçün revanş xarakteri daşıyırdı. Kipr təmsilçisi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində 2 oyunun nəticəsinə görə (3:2) "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı.

"Qarabağ"ın "Apoel"lə oyununda bu dəfə qalib müəyyənləşməyib (2:2).

Qrupun digər oyununda "Sevilya" öz meydanında "Düdelanj"ı qəbul edəcək.

Avropa Liqası, III tur

A qrupu

24 oktyabr

20:55. “Qarabağ” (Azərbaycan) - “Apoel” (Kipr) 2-2 

Qol: Dani Kintana,13, Aylton 58 - Maksim Medvedev 29-öz qapısına, Hallenius 45+1

Baş hakim: Filip Qlova (Slovakiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Digər xəbərlər