"Turan Tovuz"da baş məşqçi müəyyənləşib

"Turan Tovuz"da baş məşqçi müəyyənləşib
Futbol
19 Oktyabr 2019 - 00:29
“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.

Supersport.Az-ın yaydığı xəbərə görə, bu vəzifəyə 1990-cı illərin sonları, 2000-ci illərin əvvəlində millimizdə oynamış İlham Yadullayev təyin edilib. A kateqoriyalı məşqçi bu mövsümün sonuna kimi  komandanı çalışdıracaq.

Qeyd edək ki, “Turan Tovuz”u mövsümün əvvəlindən Azər Bağırov çalışdırırdı. Amma o, bir neçə gün öncə “Qəbələ”dən təklif aldığı üçün divizion klubundan ayrılmışdı.

Əlavə edək ki, “Turan Tovuz” hazırda birinci divizionda 15 xalla 1-cidir.

Digər xəbərlər