"Qarabağ" – Apoel matçının biletləri satışda olacaq

"Qarabağ" – Apoel matçının biletləri satışda olacaq
Futbol
16 Oktyabr 2019 - 20:36
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ın Apoel-ə keçirəcəyi matçın biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – Apoel matçı saat 20:55-də başlayacaq.

Digər xəbərlər