UEFA-dan "Qarabağ"a 1 milyon 140 min avro

UEFA-dan "Qarabağ"a 1 milyon 140 min avro
Futbol
15 Oktyabr 2019 - 15:41
Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.

Supersport.Az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında  iştiraka  görə  “Qarabağ”ın hesabına 1 milyon 140 min avro həmrəylik ödənişi daxil edilib.

UEFA Avropa Liqasında iştirak üçün  “Neftçi”yə 780 min avro, “Qəbələ”yə 260 min avro, “Səbail”ə isə 240 min avro həmrəylik ödənişi verilib.

Digər xəbərlər