Ronaldodan 700-cü qol

Ronaldodan 700-cü qol
Futbol
15 Oktyabr 2019 - 07:22
AÇ-2020-nin seçmə qrup mərhələsində Lüksemburq üzərində 3:0 hesablı qələbə Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Supersport.Az xəbər verir ki, portuqaliyalı ulduz  matçda yubiley - 700-cü qolu vurub.

Ronaldo bu qollardan 5-ni karyerasını başladığı "Sportinq"də, 118-ni "Mançester Yunayted"də, 451-ni "Real"da, 32-ni "Yuventus"da, 94-nü isə Portuqaliya yığmasında vurub.

Digər xəbərlər