Yığmamızın futbolçusunun Fransaya buraxılmamasıyla bağlı açıqlama

Yığmamızın futbolçusunun Fransaya buraxılmamasıyla bağlı açıqlama
Futbol
10 Oktyabr 2019 - 21:47
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

U-21-in heyətində Fransaya yollanan T.Bayramlı bu gün AFFA-nın köməkliyilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb.

Məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.

Digər xəbərlər