"Zirə" Zaur Həşimovu təqdim etdi - Foto

"Zirə" Zaur Həşimovu təqdim etdi - Foto
Futbol, Foto
10 Oktyabr 2019 - 18:32
"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bu gün komanda ilə görüşərək yeni baş məşqçi Zaur Həşimovu onlara təqdim edib.

Supersport.Az kluba istinadən xəbər verir ki, fəxri prezident Zaur Həşimovun daha əvvəl də "Zirə"də çalışdığını və onun məşqçilik bacarığına bələd olduğunu deyərək mütəxəssisə inamını ifadə edib.

O, komandanın futbolçu heyətinin də yüksək nəticələr qazanmaq üçün yetərli imkanlarının olduğunu deyib. Orxan Məmmədov həm yeni baş məşqçiyə, həm də ümumilikdə komandaya uğurlar arzulayaraq həmişə olduğu kimi onlara dəstəyini əsirgəməyəcəyini də əlavə edib.

Daha sonra çıxış edən Zaur Həşimov fəxri prezidentə təşəkkür edib və bu etimadı doğrultmağa çalışacağını deyib.

Digər xəbərlər