"Qarabağ"a erməni təxribatı - Lüksemburqun idman naziri üzr istədi - Video

"Qarabağ"a erməni təxribatı - Lüksemburqun idman naziri üzr istədi - Video
Futbol, Video
04 Oktyabr 2019 - 02:51
Supersport.Az Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə "Düdelanj"a futbol dərsi keçən "Qarabağ"ın erməni təxribatıyla üzləşdiyi məqamdan videogörüntü təqdim edir.






Oyuna sürətli başlayan Azərbaycan komandası matçın 11-ci dəqiqəsində hesabı açıb. Zubir qapıçı ilə təkbətək mübarizədə topu qapıya göndərib. Matçın 30-cu dəqiqəsində isə "Qarabağ" ikinci qolu vurub. Kintananın ötürməsini Miçel başla tamamlayıb.

Məhz bu qoldan sonra stadionda baş verən təxribatçı hərəkətlərə və qondarma ölkənin bayrağının stadiona gətirilməsinə görə qarşılaşmada 20 dəqiqəlik fasilə yaranıb və UEFA-nın təcili iclası keçirilib. Lüksemburqun idman naziri stadionda çıxış edərək ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istəyib və bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini bildirib. Və bu məsələdə əli olanların ən qısa zamanda tapılacağı və cəzalandırılacağına söz verilib. Bundan sonra isə oyun qaldığı dəqiqədən davam edib.

Matçın 37-ci dəqiqəsində isə Riçard Almeyda penalti zərbəsindən hesabı 0:3 edib və ilk hissə bu hesabla da başa çatıb. İkinci hissəyə komanda sürətli başlayıb. 69-cu dəqiqədə Kintana "Qarabağ"ımızın dördüncü qoluna imza atıb. Meydan sahibləri yalnız oyunun son dəqiqəsində vurulan qollardan birinin əvəzini çıxa bilib.Bu qol oyunda sonuncu olub və "Qarabağ" səfərdən 4:1 hesablı qələbə ilə qayıdır. Bu qələbədən sonra komanda 3 xalla turnirin cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Digər xəbərlər