"Düdelanj"dan rəqibinə dərs

"Düdelanj"dan rəqibinə dərs
Futbol
30 Sentyabr 2019 - 15:02
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj" Lüksemburq çempionatında növbəti oyununa çıxıb.

Supersport.Az-ın məlumatına görə, komanda  7-ci turda səfərdə "Viktoriya Rosport"u 7:0 hesabı ilə darmadağın edib.

7 oyuna 7 xal toplayan "Düdelanj" hazırda 14 komanda arasında arasında 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Lüksemburq çempionu "Qarabağ"la ilk oyununu oktyabrın 3-ü evdə keçirəcək. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda olacaq.

Digər xəbərlər