Mübariz Mənsimov: "Beşiktaş"ı satın almaq fikrim yoxdur"

Mübariz Mənsimov: "Beşiktaş"ı satın almaq fikrim yoxdur"
Futbol
26 Sentyabr 2019 - 16:03
"Xəzər Lənkəran" və "Palmali"nin rəhbəri Mübariz Mənsimovun "Beşiktaş"a prezident olacağına dair iddialar yayılıb.

Supersport.Az-ın məlumatına görə, İstanbul klubunun İdarə Heyətinin üzvü olan azərbaycanlı iş adamı Türkiyədə fəaliyyət göstərən "Azərbaycan Kartalları" fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib:
"Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki "Beşiktaş" satılmır. Prezident olacağıma dair iddialar da var.

Mən sadəcə, "Beşiktaş" azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm".

"Beşiktaş"a 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib.

Digər xəbərlər