UEFA-nın Azərbaycandan 50 min ağac tələbi

UEFA-nın Azərbaycandan 50 min ağac tələbi
Futbol
25 Sentyabr 2019 - 01:52

Supersport.Az-ın məlumatına görə, UEFA Avro-2020-nin final mərhələsinin yüksək səviyyədə keçirilməsiylə bağlı addım atıb.


Qitə qurumu İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında 12 təşkilatçı ölkənin 600 min ağac əkməsinə qərar verib.


"Avro-2020" Avropa futbolunun bayramı olacaq. Yarış bütün qitədə keçiriləcək. Turnirin xarakteri ənənəvi formatla müqayisədə üstünlük verir. Avropa çempionatının 60 illiyini xüsusi qeyd etmək istəyirik. Ekoloji vəziyyətə diqqət yetiriləcək. Təşkilatçı ölkələrdə ümumilikdə 600 min - 12 ölkənin hər birində 50 min ağac əkilməlidir. İnanıram ki, bu istəyə bütün dövlətlər müsbət yanaşacaq" - deyə, UEFA prezidenti Aleksandr Çeferin bildirib.


Xatırladaq ki, Avro-2020-nin final mərhələsini təşkil edəcək ölkələr sırasında Azərbaycan da var.

Digər xəbərlər